Məzmuna keç
Eduard Bulver Litton

Gələcək irq

7.90 ₼ 8.00 ₼ −1%
Stokda var SKU: 21
Pulsuz çatdırılma
Təhlükəsiz ödəniş
Nəşriyyat
Teas Press
Vəziyyəti
Yeni
Cild
Yumşaq cild
Paylaş
İngilis yazıçısı Eduard Bulver-Littonun “Gələcək irq” əsəri yerin altında yaşayan üstün sivilizasiya haqqında elmi fantastika janrında yazılmış ilk romanlardan sayılır. Yerin altında yaşayan həmin insan irqi “vril” adlanan magik enerjini kəşf etməklə böyük inkişaf yolu keçib, cəmiyyətin inkişafında görünməmiş uğurlara nail olub. Romanda yeraltı dünyanın siyasi, iqtisadi, sosial-mədəni inkişafından söz açılır. Dil, din və mədəniyyət haqqındakı fəlsəfi düşüncələrlə zəngin olan əsərdə həmçinin yeraltı dünyadakı ailədaxili münasibətlərdən, qadın və qızların məhdudiyyətsiz azadlığından, yerüstü və yeraltı irqlərə mənsub olan oğlanla qızın sevgisindən bəhs edilir. Yerin altındakı irqə mənsub qızın sevgisindən imtina edən oğlanın məqsədi yerin üstündə yaşayan irqləri dəhşətli təhlükə haqqında xəbərdar etməkdir. Hər anı təhlükələrin təsviri ilə dolu olan süjet xətti və fantastik dünyanın qeyri-adilikləri oxucunu romanı birnəfəsə oxumağa çağırır.

Bunlar da xoşunuza gələ bilər

Oxşar məhsullar

Gələcək irq

7.90 ₼ 8.00 ₼ −1%