Məzmuna keç
İlham Tumas

Məbəd döyüşçüləri

12.90 ₼ 13.00 ₼ −1%
Stokda var SKU: 334454
Pulsuz çatdırılma
Təhlükəsiz ödəniş
Müəllif
İlham Tumas
Nəşriyyat
TeasPress
Vəziyyəti
Yeni
Cild
Yumşaq cild
Paylaş
Ondan uzun müddət xəbər çıxmayanda bütün qeyri-adi qəhrəmanlar kimi barəsində “sağdır”, “yaşayır”, “Gorusda kimya zavodunda işləyir, “pul verin, qayıtmağına kömək eləyək” kimi şayiələr, habelə kəmfürsət, ikibaşlı, şübhəli təkilfl ər yayıldı. Onun əbədiyyətə necə, hansı şəraitdə qovuşması haqda da minüzlü xəbərlər verildi: kimi dedi doğradılar, kimi dedi yandırdılar... Təəccüblənmək, təşvişə düşmək lazım deyil. Belə gizlilik, bu cür mübhəmlik onun – Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun alın yazısıdır. Bu roman onun eşidənləri heyrətə salan qeyri-adi həyat hekayəsidir. Doğulandan ta əbədiyyətə qovuşana qədərki həyat hekayəsi... Biz onu bu hekayədə tək qoymadıq, çünki tək deyildi, onunla bir yerdə daha altı Məbəd döyüşçüsü vardı. “Məbəd döyüşçüləri”ndə hər şey var – sevgi, nifrət, sədaqət, xəyanət, qeyrət, cəngavərlik, ərdəmlik... Burada indiyədək yalnız adlarını adda-budda eşitdiyiniz qəhrəmanlarla da xəyalən görüşəcək, onlarla “söhbət edəcək”, “dərdlə şəcəksiniz”. Onu da deyək ki, bu əsəri oxuduqca düşmənlərimizi də tanıyacaq, onları lənətləməyə xeyli əsasınız, xeyli səbəbiniz olacaq. Amma unutmayın: bu hekayədə bütün yollar Həqiqətə, Qalibiyyətə, Zəfərə aparacaq!

Bunlar da xoşunuza gələ bilər

Oxşar məhsullar

Məbəd döyüşçüləri

12.90 ₼ 13.00 ₼ −1%