Məzmuna keç
Seselia Ahern

P.S. Mən səni sevirəm

12.99 ₼ 14.99 ₼ −13%
Stokda var SKU: 2552695
Pulsuz çatdırılma
Təhlükəsiz ödəniş
Müəllif
Seselia Ahern
Nəşriyyat
Qanun
Dil
Azərbaycan dili
Vəziyyəti
Yeni
Cild
Yumşaq cild
Janr
Roman
Paylaş
Sesilia Ahern Avropa məhəbbət romanının yeni ulduzudur. Onun kitabları – super bestsellerləri təxminən əlli dilə tərcümə olunub. Debüt romanı olan “P.S. Mən səni sevirəm” satışa çıxan kimi Britaniya reytinqlərində “Da Vinçi şifrəsi”ni ötdü və Sesiliaya dünya şöhrəti qazandırdı. “P.S. Mən səni sevirəm” bestselleri sevginin ölümdən güclü olması haqqında müasir bir hekayədir. Sevimli ərini itirən 30 yaşlı Holli Kennedi ümidsizliyə qapılır, evindən çıxmır, hamı ilə əlaqəni kəsir. Və qəfildən içi məktublarla dolu bir bağlama alır: bu məktubları bir-bir, həm də ayda ancaq birini açmaq olar, özü də onları yoxluğundan bu qədər əzab çəkdiyi insan yazıb... Sən demə, ölümündən bir qədər əvvəl o, sevdiyi qadına kömək etmək qərarına gəlib və bu məktubları yazıb. Növbəti məktubu açmaq üçün qadın hər ayın birini böyük səbirsizliklə gözləyir, orda yazılanlara ciddi şəkildə əməl edib onu həyata qaytaran addımlar atır: özünə təzə paltar alır, karaoke müsabiqəsində iştirak edir, dəniz sahilinə tətilə gedir. Sesilia Ahernin romanı əsasında Hollivudda Hillari Suonk və Cerard Batlerin iştirakı ilə film çəkilib. Film bütün dünyada ekranları fəth edir.

Bunlar da xoşunuza gələ bilər

Oxşar məhsullar

P.S. Mən səni sevirəm

12.99 ₼ 14.99 ₼ −13%