Məzmuna keç
Güzəl Yaxina

Züleyxa gözlərini açır

11.99 ₼ 13.99 ₼ −14%
Stokda var SKU: 4355534534
Pulsuz çatdırılma
Təhlükəsiz ödəniş
Müəllif
Güzəl Yaxina
Nəşriyyat
Qanun
Dil
Azərbaycan dili
Vəziyyəti
Yeni
Cild
Yumşaq cild
Janr
Roman
Paylaş
Hər şey 1930-cu ilin qışında, gözdən-qulaqdan uzaq bir tatar kəndində başlayır. Züleyxa on beş yaşından bəri olduqca zalım və kor qayınanası, özündən xeyli yaşlı əriylə birlikdə yaşayır. Gözlənilmədən həyat məhvərindən çıxır, inqilab baş verir, ucqar bölgələri belə nəzarətə götürən sovet əsgərləri Züleyxanın ərini öldürürlər, qayınanası ölümcül təkliyə məhkum olur. Züleyxanı isə müxtəlif zümrədən, dindən olan insanlarla birlikdə Uzaq Sibirə sürgün edirlər. Bəs Züleyxanın həyatında nə dəyişir? Taleyi Züleyxa üçün hansı gözlənilməzlikləri hazırlayıb? Güzəl Yaxina öz romanında bir qadının faciəsindəki və ruhunun oyanışındakı bütün xırdalıqları zərif xətlərlə qabardaraq ustalıqla təqdim edir. Qadın Tanrıya qarşı, qadın təbiətə, sevgiyə, ehtiyaca və arzulara, nəhəng iblis kimi dünyanın az qala bir üzünü örtən yeni zülmün hökmünə qarşıdır, silahını hara tuşlayacaqsa, dəqiq nişan alacaq və öz ovunu ürəyindən vuracaq. Qadın bütün duruşu və əzəmətiylə həyat uğrunda mübarizə apardığı hər şey üzərində qalibiyyət əldə edəcək. Görəsən bu gecikmiş qələbə nəyəsə yarayacaqmı?..

Bunlar da xoşunuza gələ bilər

Oxşar məhsullar

Züleyxa gözlərini açır

11.99 ₼ 13.99 ₼ −14%